Xaçmazda yük avtomobili yanıb

16:00 09.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz şəhərində “MA3” markalı yük avtomobilinin kabinə hissəsi və 2 ədəd ön təkəri yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.